![]()
Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 105 ili tamam olur.
Cahangir Cahangirov 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. O, bəstəkar, pedaqoq və xormeyster kimi Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib.
Bəstəkarın “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Sabir” oratoriyası, “Azad” kimi operaları Azərbaycan musiqi sənətinin qiymətli incilərindəndir. O, həmçinin “Dəli Kür”, “Yenilməz batalyon” və digər filmlərə bəstələdiyi musiqilər, eləcə də “Ana”, “Bakı”, “Aylı gecələr”, “Ay qız” kimi mahnıları ilə geniş şöhrət qazanıb.
SSRİ Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına layiq görülən Cahangir Cahangirov 1992-ci ildə vəfat edib.
Subyekt.az