![]()
Goranboyda kişi minaya düşüb. Subyekt.az apa ya istinadla xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 45 yaşlı Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az