Skip to content
29 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Ulu Öndərin abidəsi ziyarət edilib
  • Ölkə

Ulu Öndərin abidəsi ziyarət edilib

10 May 2024
WhatsApp Image 2024-05-10 at 18.35.13
6

Loading

Medianın İnkişafı Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib, Ulu Öndərin abidəsi ziyarət edilib

10 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirmiş, media subyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. O qeyd edib ki, Azərbaycan mediası Ümummilli Liderin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətini böyük fəxr hissi ilə işıqlandırır və gələcək nəsillərə ötürür.

Daha sonra Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli və aparat rəhbəri Rəqsanə Kərimova Ümummilli Liderin Azərbaycan dövlətçilik tarixinin və xalqın milli kimliyinin formalaşmasındakı müstəsna rolundan, onun mediaya göstərdiyi qayğıdan bəhs edib, Agentliyin əməkdaşları Əkbər Allahverdi və Anar Əhmədli “Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda çıxış ediblər.

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişindən sonra Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Subyekt.az

Continue Reading

Previous: Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır
Next: Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
  • Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb
  • Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb
  • Milli Məclisin sədri Efiopiyaya rəsmi səfərə gəlib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

752488574_1626183799507011_5621519416428254938_n
  • Ölkə
  • Xəbərlər

Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

28 İyul 2026
756768150_1064358523211262_316356501783893904_n
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

28 İyul 2026
PHOTO-2026-07-28-20-36-39_1785259305
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb

28 İyul 2026
1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb

28 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.