Skip to content
19 Aprel 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Mədəniyyət
  • ÜRƏKLƏRDƏ ÜNVANLAŞMIŞ ŞAMİL MÜƏLLİMİM.
  • Mədəniyyət

ÜRƏKLƏRDƏ ÜNVANLAŞMIŞ ŞAMİL MÜƏLLİMİM.

09 May 2024
WhatsApp Image 2024-05-09 at 11.12.25 (1)
9

Loading

       Kəlbəcərimizdə və eləcə də, Respublikamızda özünün zəkası, biliyi, təşkilatçılıq  bacarığı ilə müəllim adına şan-şöhrət gətirmiş filologiya elmlər namizədi, riyaziyatçı, politoloq, şair, tərcüməçi, təbiət və gealogiya elminə vurğun olan enksklopedik biliyə malik sevimli müəllimim Şamil Səlim oğlu Əsgərov haqqında yazı yazmağın qüruru qədər də,  məsuliyyətli olduğunu  anlasam da, yenə də  özümdə   güc tapıb bir-iki cümlə ilə sizləri də Şamilli günlərinizə  qaytarmaq  istədim.

          Şamil müəllim Kəlbəcərin Ağcakənd kəndində çoxuşaqlı kəndli ailəsində anadan olub. Orta və ali məktəbləri yüksək qiymətlərlə  və yüksək əxlaqla, yüksək təşkilatçılıq qabliyyəti ilə bitirən,   el-oba dərdi ilə alışıb yanan və   cavanlığından Kəlbəcərin müdrik ağsaqqal və  ağbirçəklərinin  hikmət bulağından su içən  əvəzsiz gənc bir ziyalı olmuşdur  desəm,  yəqin ki, sözlərimi təsdiqləyərsiniz.

         Ondan söz açsanız ümüd edirəm  sizlər də mənim kimi  ötən əsrin əllinci illərindən sonrakı  dövürləri vərəqləyər və   indiki nəslə də   bir daha çatdırarsınız ki, yeniyetmə Şamil  ömrünün od-alovlu gənclik çağlarında əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlamış və az bir müddətdə də işgüzarlığı,  təşkilatçılığı ilə yaşıdlarından yaxşı  mənada seçildiyindən  kəndin gəncləri onu  kolxoz  komsomol təşkilat katibi  seçmişlər. Gənc Şamilin  təşkilatçılığı sayəsində  tapşırıqları vaxtında  yerinə yetirən kolxozçu-gənclər də təsərrüfat işlərinə canı-dildən yanaşaraq kolxozun təsərrüfat göstəricilərini az zaman ərzində yüksəyə qaldıraraq  rayonun   qabaqcıl təsərrüfatlarından biri kimi tanıtdırdıqlarından  rayon  gəncləri də savadı, əxlaqı, təşkilatçılığı, dövlətə sədaqəti, cəmiyyətdə   sanbalı yerində olan     Ağdam Dövlət Müəllimlik İnstitutunun Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş gənc Şamil  müəllimi   özlərinin rəhbər orqanı olan Rayon Komsomol Komitəsinin   Birinci Katibi  vəzifəsunə yekdilliklə  seçdilər.

       Rayonun, sosial, mədəni, iqdisadi həyatında partiyanın, dövlətin qarşıya qoyduğu  tapşırıqları   məsuliyyətlə sözsüz yerinə yetirə  rayonun komsomolçu-gənclərinə düzgün rəhbərlik etməsini və yüksək  yaradıcılıq qabliyyətinin olmasını  nəzərə alan   Rayon Partiya Komitəsi onun Ali Partiya məktəbinə göndərilməsini təmin etdi.

     Ali Partiya Məktəbini bitirib  İkinci ali təhsil aldıqdan sonra  o, rayonun ən sevilən  bacarıqlı kadrlarından biri kimi irəli çəkilərək ilk olaraq, rayon Partiya Komitəsində təlimatçı, daha  sonra  ”Yenilik” rayon qəzetinin redaktoru, rayonun Baş Dövlət Tədarük Müfəttişi, qəsəbə orta məktəbin direktoru,  Rayon İcraiyyə Komitəsinin Sədri,  Rayon Xalq  Maarif Şöbəsinin Müdiri, ən sonda isə özünün əlləri ilə  seçib topladığı  minbir rəng çalarlı təbii  daşlarlarla tikdirdirdiyi  dünya muzeyləri səviyyəsində nadir  eksponantları olan Kəlbəcər Muzeyinin direktoru vəzifəsində ömrünün sonunadək  işləyib…

     Bu yorulmaz, işgüzar insan hələ sağlığında özünə rəhmət qazananlardan olmuşdu. O,  ən uzaq kəndlərdə, binələrimizdə özünün nüfuzu və uzaqgörənliyi ilə yerli təşkilatların və sonrakı illərdə də dövlət təşkilatlarının hesabına ibtidai, səkgizillik, onillik  məktəb binalarını  tikdirdi.Təhsildən kənarda qalanların sayı minumuma endirildiyindən orta ixtisas və ali təhsil ocaqlarında, aspirant olub  oxuyanların  sayı inanılmaz sayda çoxaldı.

   Rayon İcraiyyə Komitəsinin Sədri  vəzifəsində  işləyərkən   əhalinin sosial, mədəni şəraitini yaxşılaşdırmaq qayğısına qalaraq vətəndaşlara, xüsusi ilə  gənc ziyalı mütəxəsislərə həyətyanı torpaq sahələri ayrılmasını, onlar üçün yaşayış binalarının tikilməsini, kəndlərə yolların çəkilməsini, təmin etmək ənənəsini qoydu. Belə xeyirxah işlər bu gün də yaşlı  kəlbəcərlilər tərəfindən danışılmaqdadır.

    Rayonun  komunal, sosial, mədəni sahələrdəki inkişafının vacibliyini  Respublika rəhbərliyi qarşısında inkaredilməz dəlillərlə yüksək tribunalardan etdiyi çıxışlarında, yazılı məlumatlarında  hərtərəfli açaraq   məkirlərin, maneələrin qarşısının alınmasının təxirəsalınmazlığının vacibliyini siyasi, milli baxımdan açaraq əməli hərəkət etmələri tələbi ilə müraciətlər etdi. Bu baxımdan   Kəlbəcərin strateji əhəmiyyətindən bu regionun yeraltı, yerüstü sərvətlərindən, Azərbaycanın Kənd Təsərrüfatının inkişaf etdirilməsi perspektivindən, elmi baxımdan izah edərək  bu məsələlərin həlli üçün   nüfuzlu dostlarının da gücündən istifadə edə   bildi. Onlar da faktlara istinad edərək  Respublikanın  rəhbər orqanlarının ünvanlarına   xahişlər,  haqlı tənqidlər etməkdən çəkinmədilər. Bu tələb və təkliflərdən, müraciətlərdən sonra   rayonda xeyli tikinti – abadlıq, quruculuq işlərinə başlanıldı, İstisu Kurortunun əhəmiyyətinin təbliği güçləndi,  və gələcək inkişafının vacibliyi   Respublika Nazirlər Soveti, Respublika  Həmkarlar  Komitəsi, Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Geologiya Komitəsi, mətbuat orqanları, və digər nazirliklər və komitələr qarşısında qaldırıldı.

    Yeri gəlmişkən, Şamil müəllimin etibarlı dost qazanmasında  əvəzsiz əməyi, zəhməti olmuş  Ali Partya Məktəbində oxuduqları zaman seçib sevdiyi  Qax rayonunun Sarıbaş kəndindən olan həyat yoldaşı Nazilə Manafovanın yüksək insani keyfiyyətlərini, böyük bir ailəni idarə etməsini, təlim-tərbiyəsi yüksək olan övladlar yetişdirməsini, ən nəhayətdə, Şamil müəllimin  gündəlik on-on beş ailəvi  qonağını yüksək səviyyədə “Xoş gəlmisiz” deyərək qarşılayıb, “ yenə də gəlin” deyərək  yola salmasını deməsəm,  yəqin ki, qınanaram.  Allah  geniş qəlbli, bol çörəkli,  nurlu,  sevimli Nazilə müəlliməmizə rəhmət eləsin, nur içində yatsın. Amin.

       Şamil müəllimin şair, filosov alim, dilçi, riyaziyyatçı kimi  bütün yazılı  küllüyatında   elm aləmi üçün əvəzsiz yeniliklər olduğundan onun elmi fəaliyyəti, qələmindən çıxan hər bir cümləsi  dərindən təhlil edilərək  dilçiliklə məşğul olan  İnstitutlarının proqramına salınması yəqin ki, nə vaxtsa baş tutacaqdır.

     Böyük Şəhriyarın “Heydər Babaya Salam” poemasına xitabən yazdığı  “Dəli Dağa Salam”  poeması    Kəlbəcərin təbiətinə, folkloruna,  və  eləcə də,  minilliklər boyu yaşadılan adət-ənənələrinə, ədəbiyyat dünyasına  tutulan güzgüdür desəm yəqin ki,  məni dəstəkləyərsiniz.

   Bu böyük insan haqqında ətraflı çox maraq doğuran heç bir yerdə  indiyədək yazılmayan, mənasına diqqət yetirilməyən şeylər yazmaq olar.

   Bu hərtərəfli biliyə malik alimin elmi yaradıcılığı, həyatı, nüfuzu  haqqında  mütamadi olmasa da  mən yazmışam və yazacam da. Onun sizin kimi şagirdləri,  müəllim silahdaşları, iş yoldaşları, şair, yazıçı, elm, təhsil, mətbuat  sahəsində çalışan ağıl, kamal sahibləri olan dostları   davam etdirsələr  vətən dərdli, vətən həsrətli, vətənə vurğun  Şamil müəllim ruhu rahat, şad olar. Axı, o demişdi ki;

                            Orman qələm olsa, dərya mürəkkəb

                            Kədərimdən yazsa qurtara bilməz.

                            Dünyanın filləri düzülsə səf-səf

                            Dərdimi yükləsəm apara bilməz…

        Allah Şamil müəllimə rəhmət eləsin. O. Kəlbəcərin  torpağını, dağını, daşını, insanlarını sevdiyi kimi Kəlbəcər eli də onu sevmiş və bu gün də rəhmət oxuya-oxuya yad etməkdədirlər.

Şamil  dünyasına hörmət-etiramla yanaşan şagirdi –Əli Uluxanlı. (Abdullayev)
Bakı şəhəri, 02 may 2024-cü il.

Subyekt.az

Continue Reading

Previous: Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir
Next: Bakı Şəhər DYP İdarəsinin hərəkət iştirakçılarına MÜRACİƏTİ

Arxivlər

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    

Son Yazılar

  • Başlıbel qətliamı anıldı, “Zirvədə savaş” kitabının təqdimatı keçirildi – FOTO, VİDEO
  • Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə – FOTO
  • Corciya Meloni Bakıya səfərə hazırlaşır
  • Mehriban Əliyeva Antalyada paneldə iştirak edib
  • Bakıda əməliyyat keçirildi: Saxlanılan var

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

FB_IMG_1776539464561
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Xəbərlər

Başlıbel qətliamı anıldı, “Zirvədə savaş” kitabının təqdimatı keçirildi – FOTO, VİDEO

18 Aprel 2026
IMG-20260418-WA0000
  • Dünya
  • Ölkə
  • Qarabağ
  • Xəbərlər

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə – FOTO

18 Aprel 2026
meloni
  • Dünya
  • Xəbərlər

Corciya Meloni Bakıya səfərə hazırlaşır

18 Aprel 2026
2
  • Ölkə
  • Xəbərlər

Mehriban Əliyeva Antalyada paneldə iştirak edib

18 Aprel 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə