Skip to content
23 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”
  • Ölkə

“Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”

03 May 2024
WhatsApp Image 2024-05-03 at 18.56.28
9

Loading

“İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində narkomanlığa qarşı mübarizəyə və sosial məsələlərə həsr olunmuş panel sessiyalar təşkil edilib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel sessiya təşkil edilib.

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış etmiş, narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ictimai əhəmiyyəti, eyni zamanda görülən işlərin auditoriyaya effektiv şəkildə ötürülməsində medianın rolu barədə geniş müzakirələr aparılmışdır.

Növbəti panel sessiya isə “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” mövzusunda baş tutub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın moderatorluğu ilə keçirilən sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və  Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının səlahiyyətli nümayəndələri çıxış edərək, sözügedən məsələlərlə bağlı hadisələrin təfərrüatlarının insan hüquqları və jurnalist etikasından irəli gələn tələblər çərçivəsində işıqlandırılmasının əhəmiyyətini vurğulayıb, zərərçəkmiş şəxslərin mənafelərinin üstün tutulmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib

Subyekt.az

Continue Reading

Previous: “İctimai proseslər media müstəvisində”
Next: XV Avrasiya Hematologiya Onkologiya Konfransı

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • 23 Sentyabr – Beynəlxalq Jest Dilləri Günüdür
  • 23 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Belva Mirkan’dan Birlik Mesajı: Türkmenler Tek Ses, Suriye Tek Vatan
  • AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR
  • Rövşən Hüseynli: “Bakı niyə tıxacdan xilas ola bilmir?”

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

818334566_974559575671341_4995589704447121639_n
  • Ölkə
  • Tarixdə bu gün
  • Xəbərlər

23 Sentyabr – Beynəlxalq Jest Dilləri Günüdür

23 Sentyabr 2026
818695219_1621391226025984_4475880267159924519_n
  • Ölkə
  • Xəbərlər

23 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

23 Sentyabr 2026
f7e9c552-f550-4cd5-9db2-c4e1de5c3a8d
  • Dünya
  • Xəbərlər

Belva Mirkan’dan Birlik Mesajı: Türkmenler Tek Ses, Suriye Tek Vatan

22 Sentyabr 2026
image_750x_6ab229161eb7a
  • Ölkə
  • Xəbərlər

AJB sıraları genişlənir: yeni üzvlərin vəsiqələri təqdim olunub – FOTOLAR

22 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.