Skip to content
25 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Azərbaycanda YENİ QADAĞA
  • Ölkə

Azərbaycanda YENİ QADAĞA

25 Aprel 2024
ed7bdf67dff58fd4fb2d0887630ca2bb (2)
9

Loading

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Subyekt.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.

“Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

A.Babayevanın sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Xidmət rəsmisi vətəndaşları ETSN tərəfindən start verilən “Təmiz hövzələr” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Nazirliyə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırıb.

Subyekt.az

Continue Reading

Previous: Çingiz Aytmatovun abidəsinin açılış mərasimi olub
Next: Şəxsi maşınla Laçına da getmək mümkün olacaq – RƏSMİ

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • İntiqam Yaşarla Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunda görüş keçirilib
  • İntiqam Yaşarla Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunda görüş keçirilib 
  • BİR ULU DAĞ KƏNDİNDƏN BAŞLAYAN DƏRİN YADDAŞ
  • Qubada məktəblilərlə narkomaniyanın və erkən nikahın qarşısının alınmasına dair görüş keçirilib
  • Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

cf28b1e4-60e7-4eb5-98eb-4e3504dbe40c
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

İntiqam Yaşarla Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunda görüş keçirilib

25 Sentyabr 2026
IMG-20260925-WA0014
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

İntiqam Yaşarla Özbəkistan Respublikası Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunda görüş keçirilib 

25 Sentyabr 2026
WhatsApp Image 2026-08-25 at 15.24.57
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Xəbərlər

BİR ULU DAĞ KƏNDİNDƏN BAŞLAYAN DƏRİN YADDAŞ

25 Sentyabr 2026
825267832_951381934686536_1041917559029997069_n
  • Ölkə
  • Xəbərlər

Qubada məktəblilərlə narkomaniyanın və erkən nikahın qarşısının alınmasına dair görüş keçirilib

25 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.