![]()
26 oktyabr tarixində Gəncə şəhərində məskunlaşmış Kəlbəcərdən olan seçicilərlə növbəti görüş keçirilmişdir.
Subyekt.az xəbər verir ki, seçicilərlə görüş zamanı, seçicilərin toxunduğu problemlər və şikayətlər diqqətlə dinlənilmiş, lazımı tədbirlərin görülməsi üçün qeydlər aparılmışdır.
Deputat Mircəlil Qasımlı seçicilərlə görüş zamanı bildirmişdir, vətəndaşların problemləri və təklifləri dinlədim, onların həlli istiqamətində lazımi addımlar atacağımı diqqətinizə çatdırıram.
Müraciət və ərizələriniz qəbul edildi. Bizə ünvanlanan şikayətlərin təmin olunması üçün bütün gücümlə çalışacağımı, hər bir şikayəti ciddi nəzarətdə saxlayacağımı və aidiyyəti qurumlara çatdıracağıma sizləri əmin edirəm.
Vətəndaş məmuniyyəti ilə baş tutan görüşdə, qazi və veteranlarımıza xüsusi diqqət və qayğı göstərilmiş, onların qarşılaşdığı problemlər ətraflı öyrənilməsi, aidiyyatı qurumlara məlumatların verilməsi onların nəzərinə çatırılmışdır.
Bundan sonrada davamlı olaraq keçirilən qəbul zamanı istənilən vətəndaşımızı qəbul etməyə hər zaman hazırıq. Bizim məqsədimiz və məramımız vətəndaşlarımızın qarşılaşdığı problemlərin operativ həllinə dəstək və yardımçı olmaqdır.
Bu işdə hər bir Kəlbəcər sakinindən dəstək gözləyirik. Qarşılaşdığınız çətinliklər və problemlərlə bizi vaxtında məlumatlandırın, çalışıb bizdə sizin konstitusiyon hüquqlarınızı müdafiə edək. Bu bizim başlıca vəzifəmizdir. Mircəlil Qasımlı seçicilərlə görüş zamanı belə demişdir.

#MilliMəclis #Deputat #MircəlilQasımlı #Kəlbəcər123
Subyekt.az