
1992-ci ildə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na (FreedomSupport Act) “907-ci düzəliş”i qəbul etdi. Bu akt keçmiş sovet respublikalarına iqtisadi və humanitar yardım göstərilməsini nəzərdə tuturdu. Lakin düzəliş Azərbaycan hökumətinə birbaşa dövlət yardımını qadağan edirdi. Bu qərarın qəbul edilməsində ABŞ-dəki erməni diasporunun güclü lobbiçilik fəaliyyəti və konqresmenlərin 1988–1994-cü illərdə Qarabağ münaqişəsi zamanı Azərbaycanın Dağlıq Qarabağa tətbiq etdiyi blokadaya görə narahatlığı əsas rol oynadı. Rəsmi izahata görə, düzəliş “Ermənistana və Dağlıq Qarabağa humanitar yardımın qarşısının alınmasına cavab olaraq” qəbul edilmişdi. Bununla belə, düzəliş özəl humanitar yardımlara şamil olunmurdu və neft-qaz sektoruna təsir etmirdi. Bu da” ExxonMobil” və “Chevron” kimi Amerika şirkətlərinin Azərbaycanla neft və qaz hasilatı sahəsində əməkdaşlığını davam etdirməsinə imkan verirdi.
Subyekt.az