![]()
BAKIDA VƏ BƏZİ BÖLGƏLƏRDƏ KÜLƏK ARABİR GÜCLƏNƏCƏK
Bakıda və Abşeron yarımadasında
Havanın yağmursuz keçəcəyi, gecə və səhər, həmçinin gündüz şimal-qərb, şimal küləyinin sürətinin 6–11 m/s, arabir 16 m/s-dək güclənəcəyi, axşam saatlarında küləyin sürətinin 3–8 m/s təşkil edəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22+25 dərəcə , gündüz 29+33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25+27 dərəcə arasında dəyişəcək.
Arabir küləyin güclənəcəyi əlaqədar dənizə getmək istəyənlər ehtiyatlı olması tövsiyə olunur.
Azərbaycanın rayonlarında
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında Lənkəran–Astara zonasının bəzi yerlərində, gündüz saatlarında isə ölkənin bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, prosesin gedişindən asılı olaraq şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Rayonlarda mülayim külək əsəcək, bəzi ərazilərdə arabir güclənəcək.
Subyekt.az