Dərgahov Faiq Feyruz oğlu 1930-cu il yanvarın 9-da Azərbaycanın Cəbrayıl rayonunda qulluqçu ailəsində doğulmuşdur. Beyləqan rayonunda orta məktəbdə tədris hissə üzrə müdir (1953-1955), Maarif şöbəsində metodik kabinetin müdiri (1955-1957), “Abşeron” qəzeti redaksiyasında redaktor müavini (1962-1966), məsul redaktor (1966-1974) işləmişdir. Ədəbi yaradıcılığa orta məktəbdə ikən başlamış, felyetonlarını “Lenin bayrağı” adlı Beyləqan rayon qəzetində dərc etdirmişdir. “Kömək” adlı ilk hekayəsi 1951-ci ildə “Pioner” jurnalında çapdan çıxmışdır. Faiq Dərgahov 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1965-ci ildən isə Jurnalistlər birliyinin üzvüdür. Faiq Dərgahov 1984-cü il oktyabrın 15-də vəfat etmişdir.
Əsərləri: “Səhər açılır” (1959), “Ata laylası” (1965), “Şəhid çinar” (1969), “Yollarda bahar” (1971), “Yay yağışı” (1972), “İydə ağacı” (1982) və s.
Filmoqrafiya: Azərbaycanda qoyunçuluq (film, 1982), Buxarlanan vədlər (film, 1980), Xaldanda görüş (film, 1980), Qız Qalası əfsanəsi (film, 1978), Nəğməkar torpaq (film, 1981), Təsərrüfatlararası birlik (film, 1981), Yüksək məhsuldar zebu hibridləri (film, 1983) və s.
Araşdırdı: Aynur Turan
Subyekt.az