![]()
Bu əlamətdar gündə Qarabağ Dirçəliş Fondu olaraq hər bir vətəndaşımızı azad edilmiş torpaqlarımızın dirçəlişinə töhfə verməyə dəvət edirik.
Fondun təqdim etdiyi “Zəfər İanə Sertifikatı”nı əldə etməklə hər kəs bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.
Siz eyni zamanda Fondun rəsmi saytında ailə üzvlərinizin, dostlarınızın və dəyər verdiyiniz insanların adından ianə edərək unikal “İanə Sertifikatı”nı həm elektron, həm də çap formatında onlara hədiyyə edə bilərsiniz.
Sertifikatı əldə etmək üçün https://www.qdf.gov.az/iane-imkanlari/hediyye/zefer-gunu/ linkinə daxil olub, təbrik etmək istədiyiniz şəxsin adını yazın, ianə məbləğini və ya ağac sayını seçərək həm ona qarşı sevginizi, həm də şəhidlərimizin canları bahasına azad etdikləri doğma Qarabağın bərpasına dəstəyinizi göstərin.
Unutmayın ki, bu sertifikat – sadəcə bir ianə deyil, Vətənə bağlılığın, milli həmrəyliyin və birliyin bariz nümunəsidir.
Bir ianə – bir ümid, bir dirçəliş hekayəsidir. Odur ki, gəlin həmrəy olaq, birlikdə doğma Qarabağı daha gözəl bərpa edək!
Subyekt.az