![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.
O bildirib ki, avtobusda 50-dən çox Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 6 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı ölən və yaralananların Azərbaycandan Moskvaya səfər etdikləri bildirilir.
***
Rusiyanın Stavropol diyarında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 5 olaraq qalır, yaralananların sayı isə 38 nəfərə çatıb.
Bu barədə Stavropol diyarının Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
Qurumun məlumatına görə, qəza nəticəsində sərnişin avtobusunda olan 5 nəfər hadisə yerində ölüb. Daha 38 nəfər, o cümlədən 10 uşaq Pyatiqorsk şəhərinin Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Subyekt.az