Xətai rayonu 8 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin qismən aradan qaldırıldığı deyilsə də, bu gün səhər saatlarından yenə sözügedən istiqamətdə hərəkət tamamilə dayanıb. Verilən xəbərə görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən və şərhlərdən aydın olur ki, prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən mərkəz istiqamətində yüzlərlə avtomobil tıxacda qalıb. Sürücü və sərnişinlər maşından enərək gözləmək və ya piyada hərəkət etmək məcburiyyətində qalıblar. Qeyd edək ki, ötən gün 8 Noyabr prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər (“Bravo” marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkətinin qismən bərpa olunduğu bildirilirdi.
Subyekt.az