
APA -nın yaydığı xəbərə görə, hadisə Mehdi Hüseynzadə küçəsi, 12-ci məhəllədə yerləşən dörd mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın Mirzə Nuruzadənin kirayədə qaldığı mənzilin mətbəxində baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürülüb. Yanğın səbəbindən binada yaşayan sakinlər təxliyə edilib.
Subyekt.az