![]()
Eynullayeva Mənzər Əsəd qızı – nasir, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mənzər 1950 – ci il martın 8 – də Azərbaycanda Qazıməmməd şəhəri Muğam qəsəbəsində doğulmuşdur. Əli Bayramlıda 10 saylı şəhər orta məktəbini bitirmişdir (1967). Ailəliklə Bakı şəhərinə köçdükdən sonra “Qızıl Şərq” mətbəəsində oxucu, korrektor vəzifələrində işləmişdir . (1968-1971). ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1968-1971). Azərbaycan EA-nın “Elm” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor vəzifələrində işləmişdir. (1975-1979). Hazırda Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışır. Ədəbi fəaliyyətə 1969-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi “Şübhə” hekayəsi ilə başlamışdır. Dövri mətbuatda müntəzəm çap olunur.
Əsərləri: “Həmin axşam” (1980), “Yarımçıq məzuniyyət” (1986), “Qara örpək” (1992), “Oğuz gözəlləməsi” (2003) və s.
Subyekt.az