![]()
İsgəndərli Cümşüd Abdulla oğlu şair, nasir, publisist, Jurnalistlər Birliyinin üzvü (1980),“Məmməd Araz” ali ədəbi mükafatının laureatıdır (1995). İsgəndərli Cümşüd Abdulla oğlu 1955-ci il martın 8-də Azərbaycanda Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Ordu sıralarında xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1975-1981) Əmək fəaliyyətinə “Kirpi” satirik jurnalı redaksiyasında başlamışdır. Sonra “Zavod həyatı” qəzetinin redaktoru olmuşdur (1987-1989). Hazırda təsis etdiyi “Qafqaz” İnformasiya – Reklam Şirkətinin prezidentidir (1989- cu ildən). ABŞ-ın Çikaqo şəhərində “Laola” universitetinin biznes-marketinq kursunu bitirmişdir. Ədəbi yaradıcılıqla 1972-ci ildən məşğul olmuşdur. Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla çıxış etmişdir. “Azərbaycan dünyası” qəzetinin təsisçisi və baş redaktorudur (1992- ci ildən). Respublika redaktorlar klubunun sədri, Azərbaycan KİV yanında Mətbuat Sponsorlar Şurası İdarə heyətinin üzvü seçilmişdir (1993).
Əsərləri: “Hökm” (1991), “Günəşin eşqinə” (1993), “Birəbitdən niyə gizlənir” (1993) və s.
Subyekt.az