
Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında (“İnternet vəuşaqlar”, “Qlobal şəbəkədə kibercinayət: qanunsuz kontentlərdən müdafiə”, “İnternet adi bir oyun vasitəsi deyil, İnternet bizim həyatımızdır” və s.) qeyd olunur. Tədbirlər qeyri-hökümət təşkilatı olan INSAFE (European Safer Internet Network – Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfində milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. Ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilən və bu il “Təhlükəsiz rəqəmsal texnologiyalar dünyasını birlikdə kəşf edin” şüarı ilə keçirilən müxtəlif səpkili tədbirlərdə – “Təhlükəsiz internet-mədəniyyət: uşaq və yeniyetmələr üçün pozitiv və təhlükəsiz İnternet”, “Təhsil və informasiya təhlükəsizliyi”, “Təhlükəsiz internetin yaradılmasında peşəkar cəmiyyətlərin rolu”, “İnternetdə neqativ kontentdən texniki müdafiə metodları”, “İnternet məhdud fiziki imkanlı insanlar üçün”, “İnternet nəsilləri birləşdirir və insanları maarifləndirir” və s. mövzularda məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr verilir.
Araşdırdı: Aynur Turan
Subyekt.az