![]()
Soydaşlarımız beynəlxalq mükafata layiq görülüb
Subyekt.az xəbər verir ki, Məhəmməd Nərimanoğlu ilə Göyçəli Səyyad Əhmədli Çingiz Aytmatov adına “Altın kalem” medalı ilə təltif ediliblər
Böyük Türk -TURAN ellərində ədəbiyyat cəfakeşi kimi tanınan, Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olmuş, uzun illər mətbuatda, rəsmi qəzet redaksiyalarında çalışmış, son 30 ildə 30-dan artıq kitab yazan, yüzlərlə müəllifin kitablarının naşiri, redaktoru Məhəmməd Nərimanoğlu ilə Göyçə ədəbi məktəbinin yetirməsi, Birinci Qarabağ döyüşlərinin iştirakçısı, erməni vandalizminin şahidi və zərbə alanı, hazırda hərbiçi kimi Vətənə xidmət göstərən, Dədə Ələsgər yurdunun sazlı-sözlü könül sahibi, “ Göyçə-könlümün sarı simi” şeirlər kitabının müəllifi Göyçəli Səyyad Əhmədlinun bu günlərdə qapısını daha bir sevinc dolu xəbər döyüb: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hələ 2021-ci ildə “Tərəqqi” medalına layiq görülmüş Məhəmməd Nərimanoğlu və Göyçəli Səyyad Əhmədli bu günlərdə TURAN ədəbi birliyindəki xüsusi diqqətçəkən fəaliyyətlərinə, “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” kitabına, Türkiyədə bir sıra antologiya və almanaxlarda, eləcə də dövri mətbuatda dərc edilən şeirlərindəki vətənpərvərlik duyğularına, “Türkiyə-Azərbaycan: Bir millət-iki dövlət” qardaşlıq siyasətinin təbliğinə görə, Çingiz Aytmatov adına beynəlxalq “Altın kalem” mükafatı (medalı) ilə də təltif ediliblər.
Xatırladaq ki, Azərbaycan poeziyasında və publisistikada öz dəst-xətti olan Məhəmməd Nərimanoğlu həm də respublikamızda ən çox şəhid kitablarının (30 kitabdan 6-sı şəhidlərimizin şərəfli ömür və döyüş yollarına həsr edilib) müəllifi kimi də tanınan qələm adamıdır. Hər iki qələm adamı Türk Dünyası Yazarlar Cəmiyyətinin, Avrasya Senet-Kültür-Edebiyyat-Bilim Federasyonunun da üzvüdür. Məhəmməd Nərimanoğlunu və qələm dostumuz, göynək yaralı Göyçəmizin ədəbi məktəbinin yetirmələrindən olan Göyçəli Səyyad bəyi bu yüksək ödül münasibətilə ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurlarının davamını arzulayırıq.




İbrahim SƏFƏRLƏR,
“Qızıl qələm” ali media mükafatı
Subyekt.az