![]()
1959-cu ildən Yazıçılar Birliyinin üzvü, 1972-ci ildən filologiya elmləri doktoru. Yəhya Seyidov 1920-ci il martın 6-da Naxçıvanın Ordubad şəhərində doğulmuşdur. On bir yaşından Ordubad uşaq evində tərbiyə almış, orada yeddiillik məktəbi bitirmişdir. Naxçıvanda uşaq evində yaşadığı dövrdə (1934-1938) pedaqoji məktəbi qurtarıb Ordubad şəhər məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir. ADU-nun filologiya fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. Sonra universitetin aspiranturasına daxil olmuş, elmi tədqiqat işini vaxtındamüvəffəqiyyətlə başa çatdırıb müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.(1954- 1957) Həmin vaxtdan taleyini Azərbaycan EA-nın Nizami adına Ədəbiyyatİnstitutu ilə bağlamışdır. Burada kiçik elmi işçi (1957-1961), Baş elmi işçi (1961 – 1979), şöbə müdiri (1979-1980) olmuşdur. Medalla təltif edilmişdir.1980-cı il dekabrın 4-də vəfat etmişdir.
Əsərləri: “Mehdi Hüseynin yaradıcılıq yolu” (1966), “Süleyman Rəhimov” (1971), “İlyas Əfəndiyev” (1975), “Süleyman Rəhimovun romanları” (1975), “Mehdi Hüseyn” (1979), “Axtarış yollarında” (1983) və s.