![]()
İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib.
Subyekt.az xəbər verir ki , “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib.
Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib.
Subyekt.az