![]()
Ərzumanov Elşən Saməddin oğlu.
18 yaşında hərbi xidmətə yollanan Elşən 1992 ci ildə əsgərlikdən Türkiyəyə 1 ayliq təlimə aparılır . Mina axtaran kimi 1 ay sonra geri dönən Elşən , Kəlbəcər , Laçın döyüşlərində iştirak edir . Daha sonra əsgər dolu hərbi maşın Murovdağa döyüşə yola düşür . Lakin yolda maşınlardan biri ( məhz Elşən olan maşın ) minaya düşür . O gündən bəri itkin düşən Elşən , 1993 cü ilin 5 aprelində itkin kimi qeydə alınır . Ailəsi onu çox axtarsa da heç bir məlumat ala bilməyirlər .
Minaya düşən hərbiçilərin partlayışda tanınmaz hala düşən nəşləri Gəncəyə gətirilərək , Gəncə Şəhər Şəhidlər Xiyabanında kimsəsiz kimi dəfn edilir . Bu yaxınlarda 6 şəhidin kimliyi məlum olaraq ailəsinə təhvil verilir ki bunlardan 4 -cüsü Elşəndir . Anası Sinəgül xanımdan və qardaşlarından DNT analizi alınaraq test edilir , cavabları müsbət çıxır . Elşənin yolunu gözləməkdən atası Saməddin kişi heç bir xəstəlik olmadan ürəyi partlayaraq rəhmətə gedir.
19 yaşında Şəhid olan Elşən 32 ildən sonra öz doğma obasına Quba Şəhərinə qayıdır…Əbədi.
16 May 2025 – ci ildə Quba öz igid oğulunu bağrına basacaq.
Yerin uca olsun, Şəhidim !!!

Firəngiz Sabirqızı
Subyekt.az