![]()
3 dekabr Beynəlxalq Əlillər günüdür. Əlillər günü 1992- ci ildə BMT-nin baş məclisində qəbul edilib. Ümumdünya Səhiyyə Təşkilatnın məlumatına görə dünya üzrə fiziki qüsurlu insanların faiz göstəricisi 10%-dir. Bu göstərici Azərbaycan üzrə 4,4% təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstərici hesab edilir. Azərbaycanda dörd yüz mindən artıq əlil insan var. Onların bir hissəsi 2- ci dünya müharibəsi, bir hissəsi erməni təcavüzü nəticəsində əmək qabiliyyətlərini itirən şəxslərdir. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət proqramına uyğun olaraq artıq 10 ildir ki, onların xaricdə müalicəsi təşkil olunur. Əlil insan dedikdə hər kəsin ağlına müəyyən orqanlarını itirmiş insanlar gəlir. Unudulmamalıdır ki, bu onların işləməyinə, həyat fəaliyyətlərinə və ya insani keyfiyyətlərinə əngəl deyil və olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu olmamaq gərəklidir. İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır.Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. Əlillərəhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar. Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az