Skip to content
03 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Tarixdə bu gün
  • Qəhrəman şəhidimiz
  • Tarixdə bu gün

Qəhrəman şəhidimiz

09 May 2024
Screenshot_2024-05-09-13-29-38-204-edit_com.whatsapp
9

Loading

Bu gün qəhrəman şəhidimiz Yalçın Mustafayevin şəhadətə ucalmasından 30 il keçir. Unutmaqdıq! Unutmayacağıq!
Mustafayev Yalçın Əkbər oğlu. 31 may 1975-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1994-cü ilin yanvarında könüllü olaraq milli ordu sıralarına yazılıb və tankçı olub. İlk döyüşü doğma Kəlbəcərinin azad olunması üçün Murovdağı istiqamətində olub. Bir müddət sonra tankçı olduğu üçün ağır döyüşlərin getdiyi Ağdam rayonunun Tərtər rayonuna yaxın ərazisinə göndərilib. Düşmənin ən güclü və aktiv olduğu bu bölgədə Yalçın Mustafayev düşmənlə ən yaxın məsafədə döyüşlərə girib. Tankı ilə dəfələrlə düşmənin güclü nöqtələrini darmadağın edib, itkilərə məruz qoyub. Yalçın Mustafayev qısa müddətdə bütün döyüşçülər arasında hörmət və cəsur döyüşçü kimi ad san qazanıb. Döyüş yolunu Tərtər rayonunda davam etdirib. 1994-cü ilin mayın 4-də erməni silahlı birləşmələri Çaylı kəndi ərazisində Yalçının əsgər yoldaşlarının bir qrupunu mühasirəyə alıb. Yalçın Mustafayev tankla həmin əraziyə girib atəş altında döyüşçü yoldaşlarının bir hissəsini mühasirədən çıxarıb. Qalan əsgərləri xilas etmək üçün ikinci dəfə geri qayıdıb mühasirəni yarmaq istəyərkən düşmənin son dərəcə güclü müqaviməti ilə üz-üzə qalıb. Sonuncu gülləyə qədər düşmənlə döyüşən qəhrəman əsgər Yalçın Mustafayev başından güllə yarası alıb. Köməyə gələn Azərbaycan əsgərləri onu atəş altından çətinliklə ağır yaralı halda çıxara biliblər. Döyüş bölgəsindən xüsusi vertolyotla Bakıya gətirilən Yalçın Mustafayev 5 gün hospitalda yaralı vəziyyətdə qalıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 1994-cü il mayın 9-da Yalçın Mustafayev əbədi yaşarlığa-şəhidlik zirvəsinə ucalıb. Məzarı Bərdə şəhərindəki Şəhidlər Xiyabanındadır.
Yalçının ruhu 4 ilə yaxındır şübhəsiz şaddır. Azadlığı üçün canını qurban verdiyi torpaqlarımız artıq düşmən tapdağında deyl, azaddır.
Etibar Seyidağa

Subyekt.az

Continue Reading

Previous: Bakı Şəhər DYP İdarəsinin hərəkət iştirakçılarına MÜRACİƏTİ
Next: Mehriban Əliyeva 9 May – fazim üzərində qələbə günü münasibətilə paylaşım edib

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Göyçayda vətəndaş qəbulu keçiriləcək
  • Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
  • Rusiyada demoqrafik vəziyyət Putini dilə gətirdi – həll yolu varmı?
  • Bu məktəblərdə tədris ONLAYN OLACAQ
  • Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

790970178_1601250401598221_5620026959086542523_n
  • Ölkə
  • Təhsil
  • Xəbərlər

Göyçayda vətəndaş qəbulu keçiriləcək

03 Sentyabr 2026
1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

03 Sentyabr 2026
5288988e0a88009af7a9eee5f7c5188a
  • Dünya
  • Xəbərlər

Rusiyada demoqrafik vəziyyət Putini dilə gətirdi – həll yolu varmı?

03 Sentyabr 2026
1
  • Ölkə
  • Təhsil
  • Xəbərlər

Bu məktəblərdə tədris ONLAYN OLACAQ

03 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.