![]()
Cahangir Rəcəb oğlu Gözəlov 1909-cu il, dekabrın 16- da Yelizavetpol quberniyasının Şuşa uyezdinin (indiki Ağdam rayonu) Şıxbabalı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə aldıqdan sonra Bakıda Müəllimlər Seminariyasınıbitirmişdir. Azərbaycan Tibb Universitetini III kursadək oxumuş, ancaq səhhətinə görə təhsilini davam etdirə bilməmişdir. Başmətbuat idarəsində bir müddət müvəkkil işləmiş, yeni pedoqoji sahədə fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsində redaktor (1935), Culfa beynəlmiləl dəmiryol orta məktəbində direktor (1936-1937), Ağcabədi rayon maarif şöbə müdiri (1938-1939), İsmayıllıda Diyallı kənd ortaməktəbində direktor (1939-40), “Pioner” jurnalında məsul katib (1941), Ağdam 5 saylı beynəlmiləl orta məktəbində dərs hissə müdiri (1941-42) işləmişdir.1942-ci ildən təqaüdə çıxanadək (1972) fasiləsiz olaraq “Kommunist” qəzetində çalışmışdır. 1934-cü ildə “Gənc işçi” və “Ədəbiyyat” qəzetlərində ilk dəfə hekayələri çap olunmuşdur.
Bundan sonra müntəzəm olaraq dövrü mətbuatda hekayələrlə çıxış etmişdir. 1939-cu ildə “Güllünün çayı” kitabçası müsabiqədə mükafata layiq görülmişdür. Felyeton, satirik hekayə ustası olmuşdur. Əsərləri “Kirpi”, “Krokodil”, “Ədəbiyyat və İncəsənət”, “Bakı”, “Azərbaycan gəncləri”, qəzetlərində vaxtaşırı dərc edilmişdir. Cahangir Gözəlov 1999-cu il sentyabrın 7-də Bakıda vəfat etmişdir.
Əsərləri: ”Qurd və keçi” (1934), ”Küsən dişlər” (1935), ”Seylan” (1938), ”Mollanın
kələyi” (1938), ”Tülkü və dələ” (1938), ”Güllünün çayı” (1940), ”Günahkar
müqəssirlər” (1958), ”Müxtəlif əhvalatlar” (1962), ”Cəncəl adamlar” (1964), ”Gecə
quşu” (1971), ”Bibim, qaqaşım ququş və Xortdan” (1971), “Felyetonlar” (1977), ”Qara
cücə” (1979) ,”Yarasa” (1979),”Süleyman” (1989), ”Xallı” (1990) və s.
Araşdırdı: AYNUR TURAN
Subyekt.az