Skip to content
21 İyun 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Azərbaycan-Almaniya münasibətlərinin inkişafı
  • Ölkə

Azərbaycan-Almaniya münasibətlərinin inkişafı

29 Aprel 2024
WhatsApp Image 2024-04-29 at 14.02.41
8

Loading

“Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu”

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı aprelin 26-da Almaniyada mətbuat konfransında çıxışı zamanı da diqqətə çatdırdı ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident bildirdi ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı kimi həm də Avropa üçün yaşıl enerji təchizatçısı olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.

Ölkə başçımız vurğuladı ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul edilib. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik.

Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbatın artmasından danışan Prezident İlham Əliyev qeyd etdi ki,  əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.

Dövlət başçımız çıxışında Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşü, Almaniyanın xarici işlər nazirinin bu məsələdə dəstəyi barədə də fikirlərini bölüşdü. Cənab Prezident qeyd etdi ki, növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.

Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa eməsi, Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinin başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırması, ölkəmizdə media azadlığının təmin edilməsi, media məkanının xarici neqativ təsirlərdən qorunması, Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa, yenidənqurma işləri, Azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarının təşkil edilməsinin əhəmiyyəti, artıq 6 min keçmiş köçkünün öz dədə-baba torpağına qayıtması, Fələstin xalqının azadlığının və müstəqilliyinin hər zaman Azərbaycan tərəfindən dəstəklənməsi, Azərbaycanın neftdən və qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə etməsi  barədə də dəyərli fikirlərini bölüşdü.

Həmin gün aprelin 26-da Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın bu qlobal tədbirə hazırlığı, Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il sədrliyi  dövründə görülən işlər, ölkəmizin bir çox Avropa ölkələri ilə münasibətləri,  Azərbaycanın OPEC+ platformasının üzvü kimi fəaliyyəti, ölkəmizin neft və qaz ehtiyatlarının istifadə istiqamətləri, onun Avropa üçün əhəmiyyəti,   Azərbaycanın xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələri, onların enerji təhlükəsizliyinin gücləndirilməsində rolu barədə danışdı.

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin yekunlarına nəzər salsaq, əminliklə deyə bilərik ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından irəliyə doğru atılmış növbəti uğurlu addım oldu.

Millət Vəkili
Jalə Əhmədova

Subyekt.az

Continue Reading

Previous: Hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanılıb
Next: Xarici ticarət dövriyyəsi niyə azalır?

Arxivlər

İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    

Son Yazılar

  • “Bir nurlu sahil var hələ sabahda”
  • Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
  • “Bir nurlu sahil var hələ sabahda”…
  • Ermənistanda kütləvi həbslər başladı
  • Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Mədəniyyət
  • Ölkə
  • Sosial

“Bir nurlu sahil var hələ sabahda”

21 İyun 2025
3
  • Ölkə
  • Təhsil

Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

21 İyun 2025
2
  • Mədəniyyət
  • Ölkə

“Bir nurlu sahil var hələ sabahda”…

21 İyun 2025
er
  • Dünya

Ermənistanda kütləvi həbslər başladı

20 İyun 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə