
Mehdizadə İntiqam Alı oğlu – nasir, publisist, 1988 – ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər birliyinin üzvüdür. (1988) Mehdizadə İntiqam Alı oğlu 1945-ci il fevralın 14-də Azərbaycanın İsmayıllı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə “Neft Daşları”nda fəhlə kimi başlamışdır (1963). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1964-1968) ADU-nun jurnalistika fakültəsində müəllim işləmişdir. İlk mənsur şeiri 1966-cı ildə “Jurnalist” qəzetində çıxmışdır. 1970-ci ildə dövri mətbuatda povest və hekayələrlə müntəzəm çıxış etmişdir. Radio dinləyiciləri tərəfindən rəğbətlə qarşılanan “Bulaq”, “Sorğular – cavablar”, “İncəsənət salonu”, “Səslər muzeyi”, “Maraqlı müsahibələr” verlişlərinin hazırlanmasında ciddi fəaliyyət göstərmişdir. 2007-ci ildə “Ən yaxşı jurnalist işi” müsabiqəsində birinci yeri tutmuşdur. “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Dan ulduzu” media mükafatlarının laureatıdır.
Əsərləri: “Təsəlli” (1980), “Hərənin öz dünyası” (1983), “Bulaq” (1984), “Novruz töhfələri” (1989), “Maraqlı qoca dağlar” (2003), “Karvanın sarvanı” (2008) və s.
Araşdırdı: Aynur Turan
Subyekt.az