![]()
Musiqimizin inkişafında dünya şöhrətli bəstəkarlarımızın rolu xüsusilə vurğulanmalıdır.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycan Respublikasının Xalq artisti (1977), Azərbaycan Dövlət mükafatı laureatı, Prof. (1985) Moskva Dövlət Konservatoriyasını bitirmişdir (skripka sinfi üzrə). Az. Döv. Opera və Balet Teatrının dirijoru (1958-60), Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Rus və xarici ölkə klassiklərinin eləcə də Azərbaycan bəstəkarlarının balet və simfonik əsərlərinə dirijorluq etmişdir. Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir. 1984-85 illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında “Arşın mal alan” musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. “Nazim Rzayev Dövlət Kamera Orkestrinin yarandığı gündən 1992-ci ilədək bu kollektivin baş dirijoru olub. 1974-cü ildə “Nəsimi” əsərinə verdiyi vokal-xoreoqrafik quruluşa görə SSRİ Dövlət Mükafatına layiq görülüb.
Filmoqrafiya: Arşın mal alan (film, 1965), Bizim Cəbiş müəllim (film, 1969), Dvorjakın melodiyası (film, 1979), Əmək və qızılgül (film, 1962), Gilas ağacı (film, 1972), İntibah (film,1972), Qaraca qız (film, 1966)(film, kinoalmanax), Qəzəlxan (film, 1991), Qızıl qaz (film, 1972) Mən ki gözəl deyildim (film, 1968), Mücrü (film, 1973), Torpaq. Dəniz. Od. Səma (film, 1967), Yaşamaq gözəldir, qardaşım! (film).
Araşdırdı : AYNUR TURAN
Subyekt.az