
Abdullayev Xeyrulla Camal oğlu 1929-cu il oktyabrın 13- də Azərbaycanın Salyan rayonunun Xolqarabucaq kəndində kolxozçu ailəsində anadan olmuşdur.Burada kənd yeddiillik məktəbini bitirdikdən sonra ikiillik tibb məktəbində təhsil almışdır (1945-1947). Əmək fəaliyyətinə Göyçay rayon xəstəxanasında feldşer kimi başlamışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır (1959-1964). Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində redaktor işləmişdir (1966- 1990). Bədii yaradıcılığa 1960-cı ildən başlamışdır. Həmin vaxtdan dövri mətbuatda, efirdə və mavi ekranda şeirləri ilə çıxış etmişdir. Onun ssenarisi əsasında “Badamlı” sənədli televiziya filmi çəkilmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Əsərləri: “İlk addımlar” (1968),”Bir ürək işıq”(1978), “Torpaq şirindir” (1983), “Məhəbbət işığında” (1988), “Günəş tonqalıyam” (2003) və s.
Subyekt.az