
Hacıyev Arif Allahyar oğlu – ədəbiyyatşünas, tənqidçi, 1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1972), Azərbaycanın Əməkdar elm xadimi (1990).
Hacıyev Arif Allahyar oğlu 1935-ci il martın 13-də Yevlax şəhərində anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə bitirib M. F. Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda təhsil almışdır. M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim (1963-1966), Azərbaycan Dövlət Universitetində rus ədəbiyyatı kafedrasında baş müəllim, dosent, professor (1966-1976) olmuşdur. 1976-cı ildən Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi olmuşdur (1993- cü ildən). Ədəbi tənqid, nəzəriyyə və ədəbi əlaqələr problemlərinə dair tədqiqatla ciddi məşğulolmuşdur. SSRİ Yazıçılar İttifaqının ədəbi tənqid üzrə mükafatına layiq görülmüşdür (1981). Azərbaycan Ali soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1983). 2000-ci il aprelin 15-də Bakıda vəfat etmişdir.
Subyekt.az