Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək
13 Mart 2025
4
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. Subyekt.az SİA-ya istinadla xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib. Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.