![]()
Balayar Sadiq — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, beynəlxalq “Rəsul Rza” mükafatı laureatı. Əliyev Balayar Sadiq oğlu 1965-ci il martın 1-də Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub. Şair Balayar Sadiq 2004-cü ildə Lənkərandan Bakıya köçüb.
Əsərləri: “Sərkərdə” (1996), “İgidliyin Bəxtiyar zirvəsi” (1997), “Ömrün hünər nəğməsi” (1998), “Ulu dağların oğlu” (2001), “Arzumanın döyüş yolu” (2001), “Sərkərdə ömrünün işığı” (2002), “Müdrikliyin zirvəsi” (2007) və s.
Kitabları: “Allahın unutduğu adam”, Bakı, “Yazıçı”, 2010.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı :
Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 115.
Subyekt.az