![]()
Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. AİDS xəstəliyinin inkişafı 70-ci illərin sonlarına təsadüf edir. Bəzi mənbələrdə isə onun tarixi 1959-cu ilə gedib çıxır. Azərbaycanda isə ilk AİDS-ə yoluxma 1987-ci ildə Uqanda və Keniyadan olan xarici vətəndaşlarda qeydə alınmışdır. Bu xəstəliyin yaranması ilə əlaqədar bəzi alimlər belə bir fərziyyə irəli sürürlər ki, HİV virusunun təhlükəli formaları bioloji silahın təsadüfi və yaxud qəsdən sızması nəticəsində yaranmışdır. Bu fərziyyəyə əsasən, virus xüsusi hərbi laboratoriyada gen mühəndisliyi metodu ilə alınmışdır. İki virusun – Visna və insan onkoloji viruslarından birinin birləşməsi nəticəsində HİV virusu əmələ gəlmişdir. Bu virus ömürlük həbs cəzası və yaxud ölüm cəzasına məhkum olmuş könüllü dustaqların üzərində sınaqdan keçirilmişdir. Belə ki, onlara sınaqdan sonra azadlıq vəd edilmişdir. Bu yolla da virus laboratoriya divarlarından kənara çıxaraq yayılmışdır. Bir çox virusoloq, epidemioloqlar hesab edirlər ki, AİDS epidemiyası Afrikada başlayıb və bu xəstəliyi törədən virus çox güman ki, “meymun” mənşəlidir. Afrika cəngavərliklərində yaşıl əntərlərdə və makakalarda AİDS-ə oxşar xəstəliklər aşkar edilmişdir. Belə fərz edilir ki, insanlar bu meymunları ovladıqda və onlarla təmasda olduqda xəstəlik insanlara keçmişdir. Yəqin ki, bu səbəbdən AİDS ən çox Afrika qitəsində yayılmışdır. Statistika Dünyada təxminən 39,5 milyon insan HİV virusuna yoluxub. Onların da əksəriyyəti 15-24 yaş arasında olan yeniyetmə və gənclərdir. Yer üzündə hər gün HİV/AİDS xəstəliyindən 15 yaşına qədər 1.400 uşaq və 15-24 yaş arasında 6.000 gənc insan vəfat edir. 2006-cı ildə bütün dünyada AİDS pandemiyası nəticəsində 2,9 milyon nəfər, o cümlədən 380.000 uşaq həlak olmuşdur. Hər il 15 yaşına qədər 640.000 uşaq və 15-24 yaş arasında 2 milyon gənc HİV virusuna yoluxur. 15 yaşına qədər uşaqların 15%-nə bu xəstəlik öz anaları vasitəsilə ötürülür. AIDS (Acquired Immune deficit Symptoms) xəstəliyini yaradan virus HİV (Human Immune deficit Virus) adlanır. HİV (İİV) – İnsanın İmmunçatışmazlığı Virusu, AİDS (QİÇS) – Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. HİV virusuna yoluxan insanın orqanizmi bu infeksiya ilə mübarizə edir və mübarizə aparan xüsusi “antibodis” adlı molekullar yaranır. Əgər qan yoxlanıldıqda “antibodis” molekulları aşkarlanarsa, bu həmin insanda HİV virusunun olduğunu təsdiqləyir. HİV antibodisi olan insanlar “HİV daşıyıcısı” adlanırlar. HİV-daşıyıcısı və ya HİV viruslu insanın AİDS xəstəsi olduğunu demək düzgün deyil. Çox insanlar var ki, onlar HİV-daşıyıcısıdırlar, lakin uzun illər xəstələnmirlər. HİV virusu orqanizmdə daha çox qaldıqca immun sistemi yavaş-yavaş zəifləyir və nəticədə AİDS xəstəliyi yaranır.
Subyekt,az