
Bu gün Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 141 ili tamam olur.
Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “Əlli yaşında cavan”ın müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həmçinin “Evliykən subay” musiqili komediyasının, “Aşıq Qərib” operasının, “Azərbaycan” kantatasının müəllifidir. Z.Hacıbəyov kino tariximizdə ilk səsli film olan “Almaz” filminə musiqi yazıb. “Kölə qadınların rəqsi” adlı simfonik əsəri ona böyük şöhrət gətirib. Onun daha iki –“Nüşabə” və “Üç aşıq” operası isə tamamlanmamış qalıb. Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov “Kəndçi qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” və s. mahnıların bəstəkarıdır.
Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri olan bəstəkar 1950-ci ildə vəfat edib
Subyekt.az