![]()
Bu gün görkəmli Azərbaycan memarı, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ilk peşəkar memarlarından biri Zivər bəy Əhmədbəyovun anadan olmasının 153 ili tamam olur.
Zivər bəy Əhmədbəyov 15 may 1873-cü ildə Şamaxı şəhərində anadan olub. O, Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsil alıb və Azərbaycanda peşəkar memarlıq məktəbinin formalaşmasında mühüm rol oynayıb.
Memar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində bir sıra tarixi tikililərin layihə müəllifi olub. Onun layihələri əsasında Təzəpir məscidi, Göy məscid, Əmircan məscidi və digər memarlıq abidələri inşa edilib. Zivər bəy Əhmədbəyov milli memarlıq üslubunu Şərq və Avropa memarlıq elementləri ilə birləşdirən memarlardan biri kimi tanınıb.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb, şəhərsalma və memarlıq sahəsində mühüm fəaliyyət göstərib.
Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakı şəhərində vəfat edib.
Subyekt.az