
Dekabrın 10-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Zindanmuruq kəndində sakinlərlə görüşüb.
Zindanmuruq kənd tam orta məktəbinin akt zalında baş tutan görüşdə həmçinin RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Görüşdə sakinlər Zindanmuruq kəndinin qazlaşdırılması, kənddaxili yolların təmiri, istismara yararsız elektrik dirəklərinin yenisi ilə əvəz olunması, yola axan sel sularının qarşısının alınması ilə bağlı və digər məsələləri qaldırıblar.
Sakinləri narahat edən problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verən Rayon İcra Hakimiyyəti başçısı müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirdi.
Görüş-qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

.

Subyekt.az