![]()
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.
Subyekt.az prezident.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Qeyd edək ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Subyekt.az