![]()
Bu gün Quba şəhər şəhid Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin informatika müəllimi Ağayeva Zümrüdün müəllifi olduğu və yeni nəşr edilən “Zamanın yolu” kitabının təqdimat mərasimi keçirildi. Tədbir məktəbin kitabxanasında təşkil olundu və müəllim-şagird heyətinin iştirakı ilə yadda qalan ədəbi görüşə çevrildi.
Təqdimatın aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Firengiz Sabir Qızı çıxış edərək kitabın məzmun və tərtibat xüsusiyyətlərindən bəhs etdi. O, nəşrin yüksək poliqrafik keyfiyyətini, zəngin və dolğun məlumatlarla əhatə olunmasını xüsusi vurğuladı. Bildirdi ki, “Zamanın yolu” kitabı Azərbaycan ədəbiyyatında mühüm yer tutaraq əsrlər boyu qorunub saxlanılan ədəbi irsimizi, ziyalılarımızı, tarixi abidələrimizi, milli idman oyunlarımızı və mətbəx mədəniyyətimizi oxuculara dolğun şəkildə təqdim edir.
Məktəb-liseyin direktoru Bədəlova Lalə çıxışında müəllifə bu dəyərli təşəbbüsə görə təşəkkürünü bildirdi, kitabın maarifləndirici əhəmiyyətindən danışdı,bu cür əsərlərin milli dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını bildirdi və Ağayeva Zümrüdə gələcək fəaliyyətində uğurlar arzuladı.
Daha sonra məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Gültəkin çıxış edərək qeyd etdi ki, bu uğur təkcə müəllifin deyil, bütövlükdə məktəb kollektivinin nailiyyətidir. Onun sözlərinə görə, belə nəşrlər təhsil ocağının elmi və ədəbi mühitinin zənginliyindən xəbər verir.
Tədbirin sonunda müəllif A.Zümrüd göstərilən diqqət və dəstəyə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkürünü bildirdi.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Firəngiz Sabirqızı
Subyekt.az