![]()
Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkain sahəsi və kol-kos yanıb.
Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Subyekt.az