![]()
Noyabrın 8-i yaxınlaşır… Azərbaycan xalqı bu tarixi günü – Şanlı Zəfər Gününü böyük qürur, sevinc və həyəcanla qarşılayır. Bu, xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının və Ali Baş Komandanın dəmir iradəsinin təntənəsidir. Hər bir azərbaycanlının qəlbində bu günün xüsusi yeri var.
Zəfər sevinci bu gün ölkəmizin hər yerində, hər evdə, hər məktəbdə duyulur. O müqəddəs bayrağımızın dalğalandığı torpaqlarda, azad edilən şəhər və kəndlərdə həyat yenidən çiçəklənir. Qələbə ruhu bu xalqın damarlarında axır.
Bu sevincin ən təmiz, ən səmimi ifadəsini isə məktəblilərimizdə görmək mümkündür. Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin şagirdləri də Zəfər Gününə böyük coşqu ilə hazırlaşırlar. Əynlərinə əsgər forması geyinmiş bu balaca vətənpərvərlər, gələcəyin əsgərləri, bu xalqın sabahının qürur simvoludurlar. Onların baxışlarında Vətən sevgisi, şəhidlərimizə ehtiram, gələcəyə inam var.
Bu bayram təkcə qələbənin deyil, həm də bir millətin dirçəlişinin, birliyin və yenilməzliyin bayramıdır.
Bayramınız mübarək, Azərbaycan xalqı!
Ruhunuz şad olsun, qəhrəman şəhidlərimiz!
Zəfərin mübarək, Kəlbəcərli, Qarabağlı, Azərbaycan!
Rövşən Hüseynli
#Kəlbəcər #BəhmənCəfərov #Məktəb
Subyekt.az