![]()
Yunanıstanın Egey dənizi sahillərində güclü zəlzələ baş verib. Subyekt.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar mayın 14-də yerli vaxtla saat 01:51-də qeydə alınıb. Zəlzələnin maqnitudası 6,1-ə çatıb. Zəlzələnin episentri 2000-dən çox əhalisi olan Karpatos adasından 38 kilometr cənubda yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsinin olub-olmaması da bildirilməyib.
Subyekt.az