![]()
2026-cı ilin noyabr ayının 20-si saat 11:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Yevlax şəhərində Yevlax, Bərdə və Ağdaş sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Yevlax şəhəri, Heydər Əliyev prospekti 43A ünvanında keçiriləcəkdir.
Məlumat və əlaqə üçün:
(+994 77) 419 00 79
(+994 77) 418 00 18
E-mail: info@azeristilik.gov.az
Subyekt.az