![]()
10–11 mart tarixlərində Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Yeni Klinikada “Pasiyent təhlükəsizliyi və müasir müalicə yanaşmaları” mövzusunda elmi konfrans keçirilib. Tədbirin əsas məqsədi səhiyyə sahəsində pasiyent təhlükəsizliyinin artırılması, müasir müalicə metodlarının tətbiqi və bu istiqamətdə mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi olub.
Konfrans çərçivəsində Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyi ilə birgə hematoloji sessiya təşkil edilib. Sessiyada “Hemato-onkologiya və sümük iliyi transplantasiyası mərkəzində pasiyent təhlükəsizlik standartları” mövzusu üzrə geniş müzakirələr aparılıb.
Mütəxəssislər pasiyent təhlükəsizliyinin təmin olunması, müasir müalicə yanaşmalarının tətbiqi, eləcə də hemato-onkologiya sahəsində beynəlxalq standartların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, belə elmi platformalar mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması, yeni yanaşmaların müzakirəsi və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.








Subyekt.az