
20 fevral 2025-ci il cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba şəhəri, Qələbə küçəsi 17 (Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı ) ərazi partiya təşkilatının üzvləri ilə iclas keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub. Sədr qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilərək uğurlu fəaliyyət göstərir.
İclasda təşkilati məsələyə baxılıb. Cəfərov Cəfər Mirzə oğlu yekdilliklə Quba şəhəri, Qələbə küçəsi 17 (Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı )ərazi partiya təşkilatının sədri seçilib.
Sonda Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova yeni seçilən sədri təbrik edib, işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb. Ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələr verib.
Quba şəhəri, Qələbə küçəsi 17 (Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı ) ərazi partiya təşkilatının sədri Cəfərov Cəfər çıxış edərək ona göstərilən etimadı yüksək qiymətləndirdi və bu etimadı hər zaman doğruldacaqlarını bildirdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası, ölkənin siyasi həyatındakı fəaliyyəti ilə yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübut edib.
İclasın sonunda YAP sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.


.

.

Subyekt.az