![]()
“YAŞAT” Fondu “Hədəf Kursları” MMC ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün təhsil dəstəyi layihəsini həyata keçirir. Layihə “YAŞAT” Xeyriyyə Marafonu çərçivəsində təhsilə dəstək istiqamətində atılan addımlardan biridir.
Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin təhsil imkanlarını genişləndirmək və onların ali təhsil müəssisələrinə qəbul prosesinə hazırlıqlarına dəstək göstərməkdir.
Proqram çərçivəsində 9, 10 və 11-ci siniflərdə təhsil alan şəhid övladları, eləcə də məzun olmuş müharibə əlilləri və şəhid ailə üzvləri abituriyent hazırlığı proqramına cəlb olunacaqlar. Hazırlıqlar Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində həyata keçiriləcək. Müraciətçi sayında heç bir limit yoxdur, qeydiyyatdan keçmək istəyən hər kəs müraciət edə bilər.
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/dWgCvQhE63XedGGj7
#Yaşatfondu #Şəhidailələri #Təhsil
Subyekt.az