“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Şəhidimiz Kinyaz Orucov Zirəddin oğlunun anası Dürdanə Orucovaya müayinə zamanı sağ gözünə mirvari suyu və torlu qişanın total regmatogen qopması diaqnozu təyin olunub.
“Katarakta”, “Vitreoektomiya” və “Pnevmoetinopeksiya” əməliyyatları icra olunub. “Pnevmoetinopeksiya” əməliyyatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almadığından xərclər “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Youtube – https://youtu.be/0tQBjrNbw48
Keyfiyyətli link: https://we.tl/t-ycFZwjPiSn
Subyekt.az