![]()
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 2-də Yasamal və Qaradağ rayonlarında bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qaradağ RETSİ-nə daxil olan Buta qəsəbəsənin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Subyekt.az