
Rusiyanın Kirov vilayətində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb. KİV- xəbər verir ki, hadisə Kilmez kəndində yerləşən evlərdən birində baş verib.Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının səbəblərini araşdırır.Kirov qubernatoru Aleksandr Sokolov bildirib ki, binada əksəriyyəti təqaüdçülər olmaqla 11 nəfər sakin olub.