![]()
25.02.2026 – cı il tarixində Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Quba Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı Tarixin Qanlı Səhifəsi” adlı tədbir keçirilib.
Subyekt.az xəbər verir ki ,tədbirdə YAP Quba rayon təşkilatının sədri, Quba RİHB- nın nümayəndəsi, şəhid anaları, Quba rayon Hacıbaba Əliyev adına 1 saylı məktəbin direktoru , müəllim və şagird kollektivi ilə, Quba Tarix-Diyarşünaslıq Muzeyinin və filiallarının əməkdaşları iştirak ediblər. İlk öncə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsi insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri kimi yadda qalıb və tariximizin bu ağrılı səhifəsi heç vaxt unudulmamalıdır. Qeyd olunub ki, Xocalı faciəsi xalqımızın yaddaşında sağalmaz yara kimi qalsa da, şəhərin azad olunması milli qürur və ədalətin bərpası kimi dəyərləndirilir və tarixdən nəticə çıxarmaq, birliyimizi qorumaq və gələcək nəsilləri vətənpərvərlik ruhunda yetişdirmək belə anım tədbirlərinin əsas məqsədidir. Daha sonra məktəblilər şeir kompozisiyaları ilə cıxışlar ediblər. Sonda tədbir iştirakçıları Xocalı soyqırımına aid videoçarx izləyib, sərgi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

.

.

.

Subyekt.az