![]()
Hazırda Xınalıq və ona bitişik kəndlər — Bostankeş, Qalaxudat, Cek, Əlik, Haput, Qırız — 9 gündür ki, elektrik enerjisindən məhrumdur. Elektrikin olmaması nəticəsində mobil şəbəkə tamamilə dayanıb.
Qaz təminatının və alternativ istilik mənbələrinin olmadığı bu kəndlərdə həyat iflic olub. Sakinlər hava şəraitinin çətin olduğu bir dövrdə həm istilik, həm də ünsiyyət imkanlarından məhrumdurlar.
Uşaqlar, yaşlılar, xəstələr — hər kəs soyuq və ümidsiz gecələri gözləməklə keçirir
Təcili olaraq məsul qurumlardan müdaxilə və yardım gözlənilir.
Əhalinin təhlükəsizliyi və həyat şəraitinin bərpası üçün dərhal tədbirlər görülməlidir.
Bütün dünya Xınalığı tanıyır, amma görünür, özümüz unuduruq.
Subyekt.az