![]()
İştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar, DİM ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur. Belə ki,müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.
🗓️Müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış olmaq mümkündür:
🔗https://exidmet.dim.gov.az/elimt/xintest/elan
📞Müsabiqə və qeydiyyat prosesi ilə əlaqədar suallar yaranarsa, aşağıdakı vasitələrlə əlaqə saxlanıla bilər:
+994 12 596 92 58
+994 55 255 75 66
Subyekt.az